Azərbaycanda dəhşətli yanğın – 7 yaşlı uşaq öldü

Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.

Report.az bildirir ki, hadisə rayonun Qarazəncir kəndində qeydə alınıb. Kənd sakini Əliyar Əliyevə məxsus birmərtəbəli 5 otaqlı fərdi yaşayış evi yanıb. Yanğın zamanı Ə.Əliyevin 7 yaşlı oğlu Hüseyn Əliyev tüstüdən zəhərlənmə nəticəsində ölüb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.

Yanğının başvermə səbəbləri araşdırılır.

Yenicag.az

COP29