Azərbaycanda deputat olan məşhur aktyor və aktrisalar – SİYAHI

Zaman-zaman Milli Məclisin bütün çağırışlarında deputatlar arasında müxtəlif peşə sahibləri təmsil olunub. Bu sırada tanınmış aktyor və aktrisalar da yer alıb.

Yenicag.az vaxtilə deputat kürsüsündə xalqın səsini ifadə edən məşhur aktyor və aktrisaların siyahısını təqdim edir.

Tanınmış aktrisa, Xalq artisti Şəfiqə Məmmədova birinci çağırış Milli Məclisin (1995-2000) üzvü olub. 1995-ci ilin noyabrında 30 saylı Yevlax seçki dairəsindən deputat seçilib. Milli Məclisdə təmsil olunan bitərəf deputatlar sırasına daxil olan Şəfiqə Məmmədova vaxtilə parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyasının üzvü kimi təmsil olunub.

Aktrisa 2012-ci ildə yeni yaradılmış Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ilk sədri seçilib.

Mərhum aktrisa, Xalq artisti Amaliya Pənahova 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, sosial siyasət daimi komissiyasının üzvü olub. O, MDB Parlamentlərarası Mədəniyyət, İnformasiya, Turizm, İdman daimi Komissiyasının sədri, İtaliya-Azərbaycan Parlamentlərinin işçi qrupunun sədri kimi fəaliyyət göstərib.

Tanınmış aktyor, Xalq artisti Mikayıl Mirzə 1995-2000-ci illərdə birinci çağırış Milli Məclisə deputat seçilib. İkinci dəfə isə 2002-ci ildə əlavə seçki yolu ilə millət vəkili statusunu qazanıb.

Əməkdar artist, səs və teatr aktrisası Nəcibə Hüseynova üç çağırış Milli Məclisin deputatı seçilib. İki çağırış Lənkəran şəhər, bir çağırış isə Bakı şəhər Yasamal rayonunun millət vəkili kimi təmsil olunub. Aktrisa hazırda dublyaj mütəxəssisi kimi fəaliyyətini davam etdirir.

Cəvahir