!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycanda deputatlar bahalı hədiyyələr almırlar” – Millət vəkili

!Reklam – Yazi

“Deputatların fəaliyyətinin bu hissəsi dünya dövlətlərinin əksəriyyətində müvafiq qanunlarla tənzimlənir və nəzarətdə saxlanılır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanuna təklif olunan yeni düzəlişləri şərh edən millət vəkili Fəzail Ağamalı deyib.

Fəzail Ağamalının sözlərinə görə, millət vəkillərinin davranış qaydaları ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi zəruridir:
“Mən də Komitənin üzvü kimi həmin müzakirələrdə iştirak etmişəm və orada öz təkliflərimi verməklə bərabər, düzəlişlərin Milli Məclisin plenar iclasına təqdim olunmasını məqsədəuyğun saymışam.
Əslində, deputatların fəaliyyətinin bu hissəsi dünya dövlətlərinin əksəriyyətində müvafiq qanunlarla tənzimlənir və nəzarətdə saxlanılır. Deyə bilərik ki, Azərbaycanda millət vəkilləri nəinki bahalı, ümumiyyətlə, hədiyyə almırlar. İyirmi iki illik deputat fəaliyyətimə əsaslanaraq, bunu tam məsuliyyətlə deyirəm.

Bir daha bildirirəm ki, bizdə millət vəkilləri heç vaxt bahalı hədiyyələr almağı özlərinə rəva bilməyiblər. Əksinə, millət vəkilləri imkanları daxilində öz seçicilərinə kömək edən insanlardırlar.

Eyni zamanda, Azərbaycan Milli Məclisində digər ölkələrdə olduğu kimi lobbiçilik fəaliyyəti yoxdur ki, hansısa iş adamlarının maraqlarına uyğun qərarların qəbulu ilə bağlı müəyyən şübhələr yaransın. Bizdə belə hallar yoxdur. Əgər millət vəkilinin övladı bizneslə məşğuldursa, maraqların toqquşması məsələsi ortaya çıxarsa, o zaman həmin deputat özü bu məsələyə aydınlıq gətirə bilər”.

Qeyd edək ki, sözügedən qanuna təklif edilən düzəlişlərdə millət vəkillərinin fəaliyyətinə yönəlik müəyyən məhdudlaşdırıcı müddəalar əks olunub.

A.Zeynalov

www.yenicag.az

1305
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv