Azərbaycanda distant təhsilə keçən məktəblərin SAYI artdı

Son sutka ərzində Azərbaycanda koronavirus səbəbindən distant təhsilə keçirilmiş siniflərin sayı 2 olub. 

Təhsil Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, koronavirus səbəbindən distant təhsilə keçirilən məktəblərin sayı isə 4 olub. Virus səbəbindən distant təhsildə olan 5 sinif yenidən əyani təhsilə keçirilib.

Ümumilikdə distant təhsilə keçirilən siniflərin sayı 52, məktəb sayı isə 24 olub.