Azərbaycanda dollar ucuzlaşıb

DOLLARBu gün oktyabrın 29-u ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib.

Azərbaycan Mərkəzi Bankının (AMB) oktyabrın 30-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi oktyabrın 29-u ilə müqayisədə 0,0003 manat və ya 0,03% azalaraq 1,0493 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0049 manat və ya 0,43% artaraq 1,1516 manata yüksəlib.

Manata nəzərən Rusiya rublu isə 0,0001 manat və ya 0,61% azalaraq 0,0163 manat səviyyəsində qərarlaşıb(APA).