Azərbaycanda dollar ucuzlaşıb, avro bahalaşıb

356c66bca9c133a758c18ea7a9a593b2Bu gün oktyabrın 1-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib.

Azərbaycan Mərkəzi Bankının (AMB) oktyabrın 2-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi ötən günlə müqayisədə 0,0002 manat və ya 0,02% azalaraq 1,0483 manata enib.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0032 manat və ya 0,27% artaraq 1,1720 manata yüksəlib.

Manata nəzərən Rusiya rublu isə 0,0001 manat və ya 0,62% ucuzlaşaraq 0,0160 manat olub.