Azərbaycanda “dollar”da verilən istehlak kreditlərin həcmi açıqlandı

Azərbaycanda ev təsərrüfatlarına verilən xarici valyutada olan kreditlərin həcmi açıqlandı.

Yenicag.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

2022-ci ilin 1 iyun tarixinə fərdi sahibkarlar nəzərə alınmadan ev təsərüfatlarına xarici valyutada verilən kreditlərin həcmi 346.2 milyon manat ekvivalentində təşkil edib.

Bu da son ayda 5.9 mln. manat ekv., yaxud 1.7% artım deməkdir.