Azərbaycanda dönərdən kütləvi zəhərlənmə baş verdi – YENİLƏNDİ 

Şəmkirdə dönərdən zəhərləndiyi bildirilən şəxslərin son vəziyyəti açıqlanıb.

TƏBİB-dən verilən məlumata görə, 10 nəfər zəhərlənmə diaqnozu ilə iyunun 8-i saat 22:50 radələrində Şəmkir Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

“Vətəndaşlara zəruri təcili tibbi yardım göstərilib və vəziyyətləri stabil olaraq qiymətləndirilir. Zəruri müayinələr tamamlandıqdan sonra vətəndaşların gün ərzində amblator müalicə üçün evə buraxılmaları nəzərdə tutulur”- məlumatda bildirilib.

*** 09:20

Şəmkirdə kütləvi zəhərlənmə qeydə alınıb.

Yenicag.az xəbər verir ki, hadisə rayonun 5-ci küçəsində yerləşən “Mahmud” dönər satışı məntəqəsində qeydə alınıb.

Belə ki, 2-si uşaq olmaqla 10-a yaxın şəxs zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib və dərhal onlara yadım göstərilib.

Vəziyyətlərinin kafi olduğu bildirilir.

Zəhərlənən şəxslərin sözlərinə görə, onlar dönər yedikdən sonra özlərini pis hiss ediblər.

Hazırda fakt araşdırılır.