Azərbaycanda donuz qripi aşkarlanmayıb – RƏSMİ

Hazırda Azərbaycanda donuz qripi aşkar edilməyib.

Yenicag.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd edək ki, son zamanlar dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanla qonşu olan Rusiya və Ermənistanda donuz qripi geniş yayılıb.