Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanda dövlət qurumuna məxsus avtomobildə narkotik daşıdılar - FOTOLAR

Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla həyata keçirilir.

Sərhədçilərimizin sayıqlığı nəticəsində növbəti dəfə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.

DSX-dən Yenicag.az-a verilən məlumata görə, iyunun 2-də saat 01:30 radələrində “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar-Gömrük avtomobil yolunda Ağalı kəndinin ya­xın­lığındakı sərhəd zastavasının xidməti sahəsində içərisində iki nəfərin olduğu ağ rəngli “Qazel” markalı 99-JG-082 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması, avtomobildən bir nəfərin düşərək özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb edib.

Şübhəli şəxs yolun kənarında gizlin yerdən bağlama götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edərkən sərhəd naryadı tərəfindən ona “Dayan” əmri verilib, lakin o, əmrə tabe olmayaraq qaçmağa çalışarkən avtomobilin sürücüsü ilə birlikdə saxlanılıb.

Saxlanılan şəxslərin 1973-cü il təvəllüdlü Bakı şəhər sakini Eyvazov Tahir Nəsrulla oğlu və 1981-ci il təvəllüdlü Ağcabədi rayon sakini Məmmədov Rəşad Vidadi oğlu olması müəyyənləşdirilmiş, avtomobildəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 9 kiloqram 350 qram narkotik vasitəyə (4 kq 265 qr heroinə, 2 kq 10 qr metamfetaminə, 2 kq 5 qr tiryəkə, 1 kq 70 qr marixuanaya və 490 ədəd dərman preparatına) oxşar maddələr aşkar olunaraq götürülüb.

Araşdırma zamanı R.Məmmədovun idarə etdiyi nəqliyyat vasitəsinin əməkdaşı olduğu Bakı Beynəlxalq Dəniz Ticarət Limanına məxsus olması müəyyənləşdirilib.

Fakt üzrə cinayət işi başlanılıb, saxlanılan vətəndaşlar təqsirləndirilən şəxs qismində cəlb olunub və barələrində həbs-qətimkan tədbiri seçilib.

www.yenicag.az

308