Azərbaycanda dövlət saytlarına giriş dayandı

HTTP-wallpaper-600x290 (1)Azərbaycanda dövlət idarələrinə məxsus saytlar müvəqqəti işini dayandırıb.

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Kompüter insidentlərinə qarşı mübarizə mərkəzindən (CERT) Trend-ə verilən məlumata görə, Azərbaycanın dövlət idarələrinə məxsus saytların işində yaranmış müvəqqəti problem aparılan profilaktik işlərlə əlaqəlidir.
Mərkəzdən əlavə ediblər ki, yaxın zamanda saytlar işini bərpa edəcək.(Qafqazinfo)