Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Azərbaycanda dövlət siyasətinin əsasında vətəndaş amili dayanır” – İnqilabi dəyişikliklərin rezonansı

Reklam: Sinerji Pro

Pezidenti İlham Əliyevin 2018-ci il aprelin 11-də xalqın etimadını yenidən qazanaraq dövlət başçısı seçilməsindən 1 il ötür. Bu bir il ərzində ölkəmizdə önəmli hadisələr baş verdi ki, bunun da mərkəzində, məhz dövlət başçısının düşünülmüş qərarları, atdığı praqmatik addımlar dayanır. Prezidentin sərəncamları, fərmanları, regionlara ardıcıl səfərləri, qəti tapşırıqları nəticəsində, demək olar ki, bütün sektorlarda əvvəlkindən də yüksək inkişaf dinamikası yarandı. Azərbaycanda son kadr və struktur islahatları ölkədə iqtisadi inkişafın yeni bir mərhələyə qədəm qoyduğunu göstərdi.

“Azərbaycan dövlətinin siyasətinin əsasında vətəndaş amili dayanır”

Prezident “Azərbaycan dövlətinin siyasətinin əsasında vətəndaş amili dayanır” tezisinə uyğun olaraq sosial sahədə inqilabi mahiyyət daşıyan proqramlar həyata keçirir. Bu proqramların əsas mahiyyəti ölkə vətəndaşlarının sosial rifah səviyyəsinin yüksəldilməsidir. Lakin həyata keçirilən sosial islahatların uğurlu nəticələr verməsi və davamlı olması üçün ilk növbədə dayanıqlı iqtisadi inkişaf təmin edilməli, müstəqil maliyyə mənbələri formalaşdırılmalıdır. Dövlət başçısı son kadr islahatları ilə Azərbaycanın keyfiyyətcə daha böyük uğurlara imza atmasının vacibliyi mesajını verdi. Bu gün ölkəmizdə iqtisadiyyatın bütün sahələri inkişaf edir.
Cari ilin ilk aylarından başlayaraq iki sosial islahatlar paketi təqdim olundu.

Birinci sosial islahatlar paketi nəticəsində minimum əməkhaqqı martın 1-dən 40 faizədək artırılaraq 130 manatdan 180, pensiyanın minimum məbləği isə 40 faizədək artırılaraq 116 manatdan 160 manata çatdırılıb. Bu gün həmin artımlardan 830 min insan yararlanır. Həmçinin, aprelin 1-dən 14 kateqoriyaya aid şəxslər üzrə sosial müavinətlər, 9 kateqoriyaya aid şəxslər üzrə isə Prezidentin aylıq təqaüdlərinin məbləği orta hesabla 100 faiz artırılıb. Sosial təminat sisteminin əhatə dairəsi daha da genişləndirilib, 2 yeni təqaüd növü – sağlamlıq imkanları məhdud uşaqlara və I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlərə Prezidentin aylıq təqaüdü təsis olunub. Sayı 80 minədək olan müharibə veteranlarına aylıq təqaüdlər təsis olunub. Sosial müavinət və təqaüd artımları, təsis olunan yeni təqaüdlər 300 min əlilliyi olan şəxslərdən ibarət 600 minədək vətəndaşın rifahını yaxşılaşdırıb. Bunlardan əlavə, məcburi köçkünlərin aylıq müavinəti 50 faiz artırılıb, 800 min vətəndaşın problemli kreditləri həll olunub, tələbələrin təqaüdlərində əhəmiyyətli artımlar edilib.

Ümumilikdə cari ilin ilk rübündə reallaşdırılan və artımların təmin edilməsi üçün əlavə olaraq dövlətin illik 1,9 milyard manat maliyyə yükünü üzərinə götürdüyü birinci sosial paket 3 milyona yaxın insanın rifahına mühüm dəstək oldu.

Prezident İlham Əliyevin ikinci sosial paketini əhatə edən 18 iyun 2019-cu il tarixli sərəncamları, minimum pensiyanın artırılması üçün yeni qanunvericilik təşəbbüsü isə əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində inqilabi addımların ardıcıl xarakter aldığını göstərir.

“Minimum aylıq əməkhaqqının artırılması haqqında” sərəncama əsasən, ölkədə minimum əməkhaqqının məbləği cari il sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırıldı. Bununla da cari ildə reallaşan iki sosial paket nəticəsində Azərbaycanda minimum əməkhaqqının məbləği 93 faiz artırılmış oldu.

Prezident İlham Əliyevin həyata keçirdiyi struktur və kadr islahatları milli iqtisadiyyatın gücləndirilməsi, beynəlxalq rəqabət qabiliyyətinin artırılması, ölkə əhalisinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir, eyni zamanda, dövlət idarəetməsinin səmərəliliyinin artırılması, şəffaflaşdırılması, cəmiyyəti narahat edən mənfi halların aradan qaldırılması, peşəkar kadr bazasının formalaşdırılması, layiqli namizədlərin mühüm vəzifələrə irəli çəkilməsi kimi məsələlərin həlli məqsədini daşıyır.

“Azərbaycan dövləti özünün sosial-iqtisadi inkişafının elə səviyyəsinə gəlib çatıb ki…”

Millət vəkili Musa Quliyev Prezidentin elan etdiyi fəaliyyət proqramı əsasında Azərbaycanda islahatların uğurla davam etdirildiyni bildirib:

“Prezident İlham Əliyev 2018-ci il aprelin 11-də xalqın etimadını yenidən qazanaraq dövlət başçısı seçiləndən sonra növbəti dövr üçün fəaliyyət proqramını elan etdi. O proqramın əsasında Azərbaycanda keyfiyyətcə yeni mərhələyə keçid islahatları dayanırdı. Yəni Azərbaycan dövləti özünün sosial-iqtisadi inkişafının elə səviyyəsinə gəlib çatıb ki, bundan sonra inkişaf etmiş dövlətlər sırasına çıxmağı qarşıya məqsəd qoymuşuq. Bunun üçün də kompleks islahatlar aparılmalı idi və Prezident də 2018-ci ildə kompleks islahatların aparılması ilə bağlı göstərişlərini verdi . 2018-ci ilin ikinci yarısından gömrük və vergi sahəsində islahatlar başladı. Nəticədə həddən artıq şəffaflaşma prosesi getdi, xüsusən, özəl sektorda çalışan sahibkarlara dövlət güzəştləri artırıldı, hər bir azərbaycanlı bunu öz həyatında hiss etdi. İlin əvvəlində isə sosial islahatlara start verildi. Bu islahatlar 4 milyon 200 mindən çox ölkə vətəndaşının həyatını yaxşılaşdırdı. Pensiyalar, əmək haqları artırıldı, qaçqın və məcburi köçkünlərə verilən müavinətlər, şəhid ailələri, Qarabağ əlilləri, eləcə də tələbələrə verilən Prezildent təqaüdləri artırıldı”.

“Azərbaycan bu göstəricilərə görə, MDB məkanında ilk sıralara yüksəldi”

M.Quliyev bu islahatların uğurlu nəticələrini sadalayıb:

“Bu çərçivədə digər proqramlar həyata keçirlməyə başladı. Banklarda yığılıb qalan, dollarla olan problemli kreditlər həllini tapdı, çoxmərtəbəli binaların özəlləşdirilməsi reallaşdı. Bütövlükdə bu sosial proqrama dövlət büdcəsindən 5 milyard manat vəsait ayrıldı. Bu davamlı olan bir proqramdır. Pensiyanın minimum məbləği 130 manatdan 180, daha sonra 200 manata, minimum əmək haqqının məbləği isə 250 manata çatdırıldı. Azərbaycan bu göstəricilərə görə, MDB məkanında ilk sıralara yüksəldi. Eyni zamanda, ölkə başçısı bu islahatların davamı olaraq, 2019-cu ilin ikinci yarısında kadr islahatlarına start verdi; idarətetmə sistemində modernləşmə başladı, bir çox sahələrdə uğur qazanmış, yüksək təcrübəli gənclər müxtəlif vəzifələrə təyin edildi”.

“Məqsəd Azərbaycanı qüdrətli dövlətə çevirməkdir”

Deputat kadr islahatlarının aparılmasında da əsas məqsədin Azərbaycanı qüdrətli dövlətə çevirməyə hədəfləndiyini vurğulayıb:

“Prezident Administrasiyasının özündə güclü struktur islahatları aparıldı, bəzi şöbələr ləğv olundu, bəziləri birləşdirildi, həmçinin, yeni şöbələr yaradıldı. Bütün bunlar idarəetmənin daha çevik, daha şəffaf olmasına imkan yaradan islahatlardır. Hüquqi bazanın genişləndirilməsi üçün Milli Məclisdə yeni seçkilərin keçrilməsinə qərar verildi. Eyni zamanda, hüquq məhkəmə sistemində islahatlara da başlanılıb. Bütün bu islahatların həyata keçirilməsində məqsəd Azərbacanı qüdrətli dövlətə çevirmək, vətəndaşlarının sosial rifah halını yüksəltmək və ölkəni yaxın illərdə dünyanın inkişaf etmiş dövlətləri sırasında görmək arzusudur”.

“Bu islahatlar 2020-ci ildə də davam edəcək”

vahid_axmedov

Millət vəkili Vahid Əhmədov Prezidentin həyata keçirdiyi islahatların ölkə vətəndaşlarının rifahının yüksəldilməsinə hesablandığını bildirib:

“Artıq iqtisadi, siyasi, kadr islahatlar həyata keçirilir. Məqsəd Azərbaycanın iqtisadi inkişafına nail olmaq, kadr potensialından istifadə etmək, müəyyən qədər gəncləşmə prosesini həyata keçirməkdir. Bütün bu islahatlar Azərbaycan əhalisinin sosial vəziyyətinin yaxşılaşdırdırılmasına xidmət edir.
Sentyabrın 1-dən verilən fərmanlar, sərəncamlar nəticəsində maliyyə bazarına əlavə 4 milyard manat vəsait buraxıldı. Nəticədə əmək haqları, müavinətlər, pensiyalar, təqaüdlər artırıldı. Bu islahatlar 2020-ci ildə də davam edəcək”.

Millət vəkili islahatların müsbət nəticələrini də sadalayıb:

“Qeyd edək ki, sosial islahatlar iqtisadi islahatların davamı olaraq aparılır, çünki iqtisadi cəhətdən inkişaf olmasa, dövlət büdcəsinə əlavə gəlir gəlməsə, bu islahatları aparmaq mümkün olmaz. Məsələn, vergi, gömrük sistemində şəffaflığın təmin edilməsi dövlət büdcəsinə əlavə milyardlarla vəsaitin daxil olmasına səbəb oldu. Bu islahatların müsbət nəticələri çoxdur, saymaqla qurtaran deyil. Məqsəd vətəndaşların həyat səviyyəsinin yüksəlməsi ilə bərabər, həm də müstəqilliyimizin daha da möhkəmləndirilməsidir”.

İnqilabi addımlara beynəlxalq qiymət…

… Prezident İlham Əliyevin sosial islahatlar paketi və əhalinin rifahı naminə yeni inqilabi addımları beynəlxalq ictimaiyyət tərəfindən də müşahidə edildi və qiymətləndirildi. Dövlət başçımızın rəhbərliyi ilə aparılan iqtisadi islahatlara ən yüksək qiymət, Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycanın dünyada ən islahatçı ölkə elan edilməsi oldu. “Doing Business 2019” hesabatında Azərbaycan 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşmaqla MDB-də lider mövqeyinə yüksəlib, BRİCS ölkələrinin hamısını, G20 ölkələrinin isə hər dördündən üçünü üstələyib. “Economic Freedom 2019” hesabatında ölkənin mövqeyi 7 pillə irəliləyərək 60-cı mövqeyə çatdı. İslahatlar, xalqın rifahı naminə addımlar bu gün də davam edir ki, bu da Azərbaycanın daha da qüdrətli dövlətə çevrilməsi üçün zəmin yaradır.

Cəvahir Səlimqızı

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “SƏLİS Jurnalist” nominasiyası üzrə yazı müsabiqəsi üçün təqdim edilir

Loading...

www.yenicag.az

647
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100