Azərbaycanda dövlətə məxsus 33 avtomobil satıldı

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 33 nəqliyyat vasitəsi satılıb.

Yenicag.az xəbər verir ki, hərracda Cənubi Koreya istehsalı olan avtomobillərə maraq böyük olub. Belə ki, lot üzrə hərraca çıxarılan 24 ədəd “Hyundai İX-35” markalı avtomobilin ilkin toplam satış qiyməti 160 750 manat olsa da, edilən ən son təklif 182 min manata yüksəlib.

Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://clck.ru/32k9z2 ).

Bu ay üzrə növbəti hərraclar 29 və 30 noyabr tarixlərində keçiriləcək. Sadalanan tarixlərdə keçiriləcək hərraca ümumilikdə 4 səhmdar cəmiyyətinin səhm paketi, 11 kiçik dövlət müəssisəsi və 24 nəqliyyat vasitəsi çıxarılıb.