“Təsir dairəsi” ictimai-sosial verilişinin efirində qalmaqal yaşanıb.
Yenicag.az xəbər verir ki, sözügedən proqrama problemi ilə bağlı müraciət edən Ramal adlı şəxslə verilişdə ekspert qismində iştirak edən Anar Vəziroğlu arasında mübahisə düşüb.
İş o yerə çatıb ki, A.Vəziroğlu Ramal adlı şəxsə hücum çəkərək onu nalayiq ifadələrlə təhqir edib. Tərəfləri ayırmaq üçün verilişin mühafizəsi studiyaya daxil olub.
Həmin anlar isə proqramın canlı efirində yayımlanıb.