Azərbaycanda əhalinin növbəti – dördüncü dəfə siyahıyaalınma prosesi 2029-cu ildə gözlənilir.
Yenicag.az xəbər verir ki, bu barədə Report-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Bütün dünyada olduğu kimi Azərbaycanda da əhalinin siyahıya alınması hər il 10 ildən bir keçirilir”, – deyə məlumatda bildirilib.
Qeyd edək ki, əhalinin siyahıyaalınması ölkənin bütün vətəndaşlarına aid demoqrafik, iqtisadi və sosial məlumatların müəyyən olunmuş vaxtda toplanması, ümumiləşdirilməsi, öyrənilməsi və yayılması deməkdir. Azərbaycanda sonuncu dəfə əhali 2019-cu ildə siyahıya alınıb.