“Azərbaycanda əhalinin hamısı peyvənd olunsa,…” – Həkim

“Mayın 3-dən ölkədə 60 və daha yuxarı yaş qrupuna daxil olan şəxslərə vurulması planlaşdırılan “AstraZeneca” peyvəndinin müəyyən dərəcədə qanda laxtalanmanı artırması barədə fikirlər var. Bu səbəbdən peyvənd vurmaq istəyənlərin əvvəlcədən qandurulducu preparatları qəbul etməklə və həkim nəzarətində olmaqla peyvənd olunması vacibdir”.

Yenicag.az xəbər verir ki, bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında həkim Ramin Nəriman deyib. O bildirib ki, COVİD-19 peyvəndlərinin əlavə təsirləri verdikləri xeyirlə müqayisədə çox cüzidir:

“Orqanizmə yeridilən istənilən maddələrin əlavə təsirləri ola bilər, o cümlədən də peyvəndlərin. Amma COVİD-19 əleyhinə olan peyvəndlərin, xüsusən də “AstraZeneca”nın əlavə təsirlərinin olmasını təsdiq edən tədqiqatlar demək olar ki, yox səviyyəsindədir.

Peyvəndin hər 500 min və ya 1 milyon dozasında 1 nəfərdə ölüm halı müşahidə oluna bilər. Bunu nəzərə alsaq, Azərbaycanda əgər 10 milyon əhalinin hamısı peyvənd olunsa, 20 nəfərin ölmə ehtimalı olar. Bu səbəbdən peyvənddən qaçmaq lazım deyil. Hətta əlavə təsir olsa belə, profilaktik tədbirlər alıb, peyvənd olunmaq olar”.

COP29