Azərbaycanda əhalinin sayı 10 122 min nəfəri ötdü

Azərbaycanda yanvar ayında əhalinin sayı 3015 nəfər və ya 0,03 faiz artıb.

Dövlət Statistika Komitəsindən Yenicag.az-a verilən məlumata görə, fevral ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 10122148 nəfərə çatıb.

Əhalinin 53 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Bir kvadrat kilometrə düşən əhalinin sayı ölkə üzrə 117 nəfər olub.

2021-ci ilin yanvar ayı ərzində ölkədə 7 972 ölüm halı qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 9,4 təşkil edib.