Azərbaycanda “Uber” taksi şirkətində gediş qiymətinə 10 qəpik servis haqqı əlavə edilməsi müzakirələrə səbəb olub.
Bununla bağlı şirkətə rəsmi sorğu ünvanladıq. “Uber”in Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, sözügedən xidmət haqqı sürücünün gəlirinə heç bir təsir göstərmir.
“Bu həftədən etibarən “Uber” proqramında sifariş edilən səfərin qiymətinə 0,1 manat xidmət haqqı daxildir. Bu, ödənişi xidmətin fəaliyyəti və inkişafı üçün istifadə edəcəyik. Xidmət haqqı sərnişin və xidmət arasında qarşılıqlı ödəniş olduğu üçün sürücünün gəlirinə təsir göstərmir. Nəzərinizə çatdırmaq istəyirik ki, bazarda bu xidmət haqqı artıq standartdır”, – deyə məlumatda qeyd olunur.
“Servis haqqı deyəndə nə nəzərdə tutulur və niyə məhz 10 qəpik?” Bu məbləğ hansı meyara əsasən müəyyən olunub? – suallarına isə şirkət cavab vermək istəməyib.
10:26