!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda elektriklə işləyən avtomobillər üçün infrastruktur yaradılacaq

!Reklam – Yazi

pzAzərbaycanda elektrik mühərriki ilə işləyən avtomobillərin istifadəsi üçün infrastrukturun yaradılması nəzərdə tutulub.

Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə bildirilir.

Sənəddə qeyd olunub ki, elektrik enerjisi sektorunun pərakəndə satış komponenti ilə bağlı iki mühüm məqsəd prioritetləşdiriləcək:

“Birincisi, sənaye və kommersiya sahəsində Avropanın enerji səmərəliliyi səviyyələrinə çatmaqdır. Hər iki sahədə dövlət müxtəlif enerji səmərəlilik metodologiyalarını stimullaşdıracaq.

Məsələn, enerjidən səmərəli istifadə edən binaların və məhsulların təbliği həyata keçiriləcək. İkincisi, elektrik mühərriki ilə işləyən avtomobillərin istifadəsi üçün tələb olunan infrastrukturu qurmaqdır.

2020-ci ildən etibarən respublikada elektrik mühərriki ilə işləyən avtomobillərdən istifadə edilməsi gözlənilir.

Azərbaycanda bunun üçün tam formalaşmış elektrik enerjisi infrastrukturunun yaradılması ilkin şərt kimi nəzərdən keçirilir”.

Yeniçağ.Az

www.yenicag.az

659
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv