!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda elektron köçürülmələrlə bağlı yeni tələblər müəyyən edildi

!Reklam – Yazi

Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə vəsaitlərinin elektron köçürülməsinin aparılması zamanı müştəri uyğunluğu tədbirlərinin görülməsi hallarını, habelə elektron köçürmə zəncirində məlumatların ötürülməsi və maliyyə institutları arasında işgüzar münasibətlərə dair tələblər müəyyən edib.

Yenicag.az xəbər verir ki, bu AMB-nin İdarə Heyəti tərəfindəntəsdiq edilmiş “Maliyyə vəsaitlərinin elektron köçürülməsi zamanı müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsi Qaydası”nda əksini tapıb.

Bu qayda “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Qanunlarına uyğun olaraq hazırlanıb.

Qaydada əsas anlayışlar, emitent maliyyə institutunun öhdəlikləri, vasitəçi maliyyə institutunun öhdəlikləri, benefisiar maliyyə institutunun öhdəlikləri, xarici maliyyə institutları ilə işgüzar münasibətləri müəyyən edilib.

Bu qayda bu il iyunun 1-dən qüvvəyə minəcək.

AMB-nin Hüquq Departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.

www.yenicag.az

558
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv