!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda elmə “çevrilməyən” HƏRBİ PSİXOLOGİYA: “Güc struktrularında çalışan mütəxəssislər...” – MÖVQE

!Reklam – Yazi

“Hərbi psixoloqlardan danışanda yalnız Müdafiə Nazirliyinin deyil, digər güc strukturlarındakı mütəxəssislər də nəzərə alınmalıdır”.

Bu fikirləri ölkədə hərbi psixologiya sahəsinin mövcud durumunu dəyərləndirən tanınmış mütəxəssis Azad İsazadə Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu sahənin mütəxəssislərini təcrübə mübadiləsi şəraitində bir araya gətirəcək konseptual elmi mərkəz hələ də yaradılmayıb:

“Qapalı-məxfi bir elm kimi yanaşsaq, hərbi psixologiyaya tələbat həddən artıq yüksəkdir. Ancaq bizdə bu sahə elm olaraq yoxdur, formalaşmayıb. O baxımdan, bizdə özümüzün yarıqapalı xarakterli araşdırmalarımızın aparılmasına, heç olmasa, türkiyəli mütəxəssislərlə psixoloji əməliyyatlar, döyüşə psixoloji hazırlıq və başqa istiqamətlərdə əməkdaşlığın qurulmasına ehtiyac var. Eyni zamanda döyüşdən çıxan hərbçilərin psixoloji vəziyyətini öyrənərək onlara yardım göstərilməsi çox vacibdir. Təəəssüf ki, bizdə hərbi psixologiyanın bu üç mərhələsi mövcud deyil.

Qeyd edək ki, hərbi psixoloqlardan danışanda yalnız Müdafiə Nazirliyinin deyil, digər güc strukturlarındakı mütəxəssislər də nəzərə alınmalıdır. Ancaq hələ ki bu strukturların mütəxəssislərini təcrübə mübadiləsi şəraitində bir araya gətirəcək konseptual elmi mərkəz, hətta məxfi və ya yarıməxfi fəaliyyət göstərəcək elmi-tədqiqat institutu yaradılmayıb. Digər tərəfdən, güc strukturlarında işə başlayan həmin mütəxəssislər əsasən mülki psixologiya üzrə təhsil alan kadrlardır. Ona görə də hərbi psixoloqların hazırlanmasına tələbəlik dövründən başlanılması çox məqsədəuyğun olardı. Həmçinin insanlara hərbi xidmətdən öncə psixoloji yardımın göstərilməsi də daha effektli nəticə verərdi.

Ancaq təəssüf ki, yuxarıda haqqında danışdığım mərkəzin yaradılması üçün zəmin olduğunu deyə bilmirəm. Buna hansı amillərin mane olduğunu, imkan vermədiyini söyləməyə də çətinlik çəkirəm. Güc struktrularında fəaliyyət göstərən hərbi psixoloqlar avtonom qaydada çalışırlar. Onların fəaliyyəti ilə müəyyən tanışlığa əsaslanaraq deyə bilərəm ki, o çalışmalarda əsas söhbət elmi müdafiədən, dissertasiyaların yazılmasından və sair işlərdən gedir. Yəni hazırda bu barədə nikbin danışmağım imkan xaricindədir”.

A.Zeynalov

www.yenicag.az

354
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv