Azərbaycan Dövlət Neft Şirkətinin “Azərkimya” İstehsalat Birliyinin “Etilen-polietilen” zavodu avqust ayında təmirə dayandırılacaq.
Trend-in məlumatına görə, bunu zavodun direktoru Oqtay Niftəliyev deyib.
Zavod direktoru qeyd edib ki, təmir işləri 3 illik müddəti əhatə edəcək: “Avqust-sentyabr aylarında avtomat idarəetmə sistemlərinin quraşdırılmasının birinci mərhələsi başa çatacaq. Bunda sonra digər avadanlıqların quraşdırılması planlaşdırılır”.
O.Niftəliyev deyib ki, təmir-bərpa işinin əsas məqsədi zavodun etilen və polietilen istehsalı gücünü “SOCAR Polymer” zavodunun xammalla təmin olunması üçün ildə 150 min tonadək yüksəltməkdir.
Yenicag.az