!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda ən unutqan insanlar harada yaşayır?

!Reklam – Yazi

Hər gün ölkə daxilində təxminən 5 insan öz əşyalarını avtomobildə yaddan çıxarır.

Yenicag.az xəbər verir ki,  “Maxim” xidməti taksidə unudulan əşyaların sayını təhlil edərək və itmə barədə müraciətlərin ən çox daxil olduğu şəhərlərin reytinqini tərtib edərək bu qənaətə gəlib.

Aparılan araşdırma zamanı məlum olub ki, Azərbaycanda 2019-cu ilin əvvəlindən taxsidə əşyaların unudulması ilə bağlı 958 müraciət olunub. Belə ki, Bakıda 542, Gəncədə 232, Sumqayıtda isə 183 müraciət qeydə alınıb. Maraqlıdır ki, əşyalar ən çox may ayında unudulub. Bu göstəricini fevralda olan ən aşağı göstərici ilə yetsək, fərq 2 dəfə olacaq. Ola bilsin ki, bu, istirahət mövsümünün mayda başlaması ilə bağlıdır, çünki insanlar daha az diqqətli olurar.

Sərnişinlər ən çox telefonlar, sənədlər, açarlar və çantalar unudurlar.

Məlumata görə, Sumqayıtda valideynlər uşağı taksidə yaddan çıxarıblar. “Uşaq yatırdı, sürücü isə onu valideynləri avtomobildən artıq uzaqlaşdıqdan sonra gördü. Sürücü zəng etdikdən sonra onlar uşağı dərhal götürdülər”.

www.yenicag.az

3676
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv