!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda ən yaşlı abituriyentin 71 yaşı olub - Maraqlı faktlar

!Reklam – Yazi

Son 10 il ərzində Azərbaycanda yaşı 50-dən çox olan 155 abituriyent ali məktəbə qəbul olmaq üçün sənəd verib, onlar arasında ən yaşlı 2 nəfərin 71 yaşı olub.

Yenicag.az xəbər verir  ki, 2009-cu ildə ali məktəbə qəbul olmaq üçün yaşı 50-dən çox olan 10 nəfər sənəd verib. Həmin ildə onlardan ən yaşlısının 59 yaşı (1950-ci il təvəllüdlü) olub. 2010-cu ildə 9 (ən yaşlısı 1939-cu il təvəllüdlü), 2011-ci ildə 13 (ən yaşlısı 1939-cu il təvəllüdlü), 2012-ci ildə 19 (ən yaşlısı 1955-ci il təvəllüdlü), 2013-cü ildə 13 (ən yaşlısı 1956-cı il təvəllüdlü), 2014-cü ildə 22 (ən yaşlısı 1956-cı il təvəllüdlü), 2015-ci ildə 19 (ən yaşlısı 1959-cu il təvəllüdlü), 2016-cı ildə 23 (ən yaşlısı 1958-ci il təvəllüdlü), 2017-ci ildə 16 (ən yaşlısı 1959-cu il təvəllüdlü), 2018-ci ildə 11 nəfər (ən yaşlısı 1960-cı il təvəllüdlü) yaşı 50-dən çox olan abituriyent ali məktəbə qəbul olmaq üçün sənəd verib.

Son 10 ildə ali məktəbə sənəd verən 155 nəfər yaşlı abituriyentin yalnız 7-si ali məktəbə qəbul olub. 2009-cu ildə yaşı 50-dən çox olan 1, 2010-cu ildə 1, 2013-cü ildə 2, 2014-cü ildə 1, 2015-ci ildə 1, 2017-ci ildə 1 nəfər ali məktəbə qəbul ola bilib.

Yaşı 50-dən çox olan abituriyentlərin çoxu ilk dəfə ali təhsil almaq üçün sənəd verənlərdir.

Ümumilikdə 155 abituriyentin 27-si ali təhsilli, 128-i isə ali təhsili olmayan olub. Yeri gəlmişkən qeyd edək ki, bu il ali məktəbə sənəd verən yaşı 50-dən çox olan 11 abituriyentin heç birinin ali təhsili yoxdur.

Yaşı 50-dən çox olan abituriyentlərin qəbul olunduqları ixtisaslara gəldikdə, 2009-cu ildə 1 nəfər Azərbaycan Dövlət Neft Akademiyasının neft-qaz mühəndisliyi (qiyabi), 2010-cu ildə 1 nəfər Azərbaycan Dövlət İqtisad Universitetinin dizayn (əyani), 2013-cü ildə 2 nəfər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması (əyani) və Azərbaycan Dillər Universitetinin Dil və ədəbiyyat müəllimliyi (ingilis dili üzrə, əyani), 2014-cü ildə 1 nəfər Naxçıvan Dövlət Universitetinin riyaziyyat müəllimliyi (qiyabi), 2015-ci ildə 1 nəfər Azərbaycan Milli Konservatoriyasının xalq çalğı alətləri (qiyabi), 2017-ci ildə 1 nəfər Azərbaycan Kooperasiya Universitetinin metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi (əyani) fakültəsinə qəbul olub./Trend/

www.yenicag.az

2312
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv