Azərbaycanda enerji sektoru ilə bağlı iki qayda təsdiqləndi

Nazirlər Kabineti Enerji auditinin həyata keçirilməsi üçün ixtisas attestatının forması, verilməsi qaydası, onun qüvvədəolma müddətinin dayandırılması və ləğv edilməsi, eləcə də enerji auditorlarının və enerji auditi üzrə təşkilatların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi Qaydası”nı təsdiq edib.

Yenicag.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Hökumət başçısının digər qərarı ilə isə “Enerji idarəçisinə (menecerinə) dair tələblər, habelə onların attestasiyadan keçirilməsi Qaydası” təsdiqlənib.

1-ci qayda enerji auditorlarının ixtisas attestatının formasını, verilməsini, qüvvədəolma müddətinin dayandırılmasını, ləğv edilməsini, eləcə də enerji auditorlarının və enerji auditi üzrə təşkilatların reyestrinin aparılmasını, habelə onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi mexanizmini müəyyən edir. Bütün bu nəzərdə tutulan fəaliyyətlərə nəzarəti Energetika Nazirliyi həyata keçirir.

2-ci qayda isə illik enerji istehlakı 1 000 ton neft ekvivalentindən çox olan təsərrüfat subyektlərində və tikinti sahəsi ən azı 10 000 kvadratmetr və yaxud illik enerji istehlakı 250 ton neft ekvivalentindən çox olan qeyri-yaşayış binalarında məcburi təyin olunan və enerjinin səmərəli istifadəsinə məsul şəxs – enerji idarəçisinə (menecerinə) dair tələbləri, habelə onların attestasiyası mexanizmini müəyyən edir.