Azərbaycanda epidemiya əleyhinə rejimi pozanlar CƏRİMƏLƏNƏCƏK – MƏBLƏĞ

Azərbaycanda epidemiya əleyhinə rejimi pozanlar cərimə ediləcəklər.

Yenicag.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir.

Epidemiya əleyhinə rejimin sanitariya-gigiyena və karantin rejiminin pozulmasına görə, fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə cərimə ediləcək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq, hüquqi şəxslər 2 000 manatdan 5 000 manatadək məbləğdə cərimə ediləcək.