“Prezidentin bu qərarı əksər siyasətçilər və hətta bütövlükdə cəmiyyət üçün gözlənilməz oldu”.
Bu fikirləri prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü il fevralın 7-nə növbədənkənar prezident seçkilərinin təyin olunmasına münasibət bildirən müstəqil siyasətçi Qulamhüseyn Əlibəyli Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, dövlət başçısının bu addımı siyasi cameə üçün gözlənilməz oldu:
“Açığı, indiki ərəfədə belə bir qərarın qəbul edilməsini gözləmirdim. Növbədənkənar seçkilərin təyin edilməsi nəinki mənim, hətta əksər siyasətçilər və cəmiyyət üçün gözlənilməz oldu.
Mən gələn il parlament seçkilərinin keçiriləcəyinə daha çox ehtimal verirdim. Görünür, prezident bu addımı atmaqla, prezident və parlament seçkilərinin üst-üstə düşməsinin qarşısını almaq istəyib.
Bütün hallarda bu addımı şərtləndirən səbəb prezidentə daha çox aydındır. Hələ ki bundan artıq deyiləcək heç nə yoxdur”.
Nəsimi Ələsgərli