Azərbaycanda əsgər intihar etdi – YENİLƏNDİ

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Hüseynov Nurəddin Sahib oğlunun ölüm faktı barədə Gəncə hərbi prokurorluğuna daxil olmuş məlumat əsasında həmin hərbi prokurorluğun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin  əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş və digər hərəkətlər icra edilib.

Yenicag.az xəbər verir ki, fakt üzrə Gəncə hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.

***

10:30

Gəncədə əsgər intihar edib.

Yenicag.az xəbər verir ki, intihar Gəncədə, “N” saylı hərbi hissədə qeydə alınıb. Belə ki, 2004-cü il təvəllüdlü Nurəddin Hüseynov hərbi hissənin yataqxanasından özünü ataraq intihar edib.

Əsgərin intiharının səbəbləri haqqında hələlik məlumat yoxdur./oxu.az/

COP29