!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda eşitmə məhdudiyyətli şəxslər film çəkilişlərinə hazırlaşır

!Reklam – Yazi

Azərbaycan Film Akademiyasının təşkil etdiyi kastinqdə “Səssiz Dünya” İctimai Birliyinin bir neçə üzvləri öz aktyorluq bacarıqlarını nümayiş etdiriblər.

Yenicag.az xəbər verir ki, “Səssiz Dünya” İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin təsisçisi Mahmud Səfərov 2015-ci ildən eşitmə və danışma məhdudiyyəti olan şəxslər üçün Azərbaycanda ilk dəfə Jest dilində çəkilən qısametrajlı filmlərin sosial çarxlarının müəllifidir.

Mahmud Səfərovun Jest dilində olan Çarli Çaplin obrazında qisametrajlı filmi 2017-ci ildə Azad Azərbaycan Televiziyasında yayımlanan “VineShow” yarışmasında finala vəsiqə qazanır. Daha sonra Mahmud Səfərov 2018-ci ildə Azərbaycanda İlk dəfə jest dilində Fuad Tofiqoğlunun rejissorluğu və Ramil Musanın ssenarisi əsasında çəkilən “Mənim Hekayəm” adlı tammetrajlı filimin baş qəhramanını canlandırıb.

“Mənim Hekayəm” filminin Mədəniyyət Nazirliyinin icazəsi ilə Nizami Kinoteatrında 2019-cu ildə Qala Gecəsi keçirilib. Film Azərbaycan sərhədlərini aşıb və “Mənim Hekayəm” filminin müxtəlif ölkələrdə təqdimatı keçirilib. Rusiya, Belarusiya,Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, İran və Gürcüstan ölkələrinin kinoteatrlarında təqdimatı keçirilib. Film Türkiyənin Bursa, İzmir, Ankara və İstanbul şəhərlərində, Gürcüstanın Batumi, Tbilisi və 57 şəhərində təqdimatı keçirilib. Azərbaycanda ilk dəfə jestikayla çəkilmiş tammetrajlı “Mənim Hekayəm” filmi bir çox ölkələrin Qeyri-Hökumət Təşkilatları tərəfindən təşəkkürnamələrlə təltif olunub.

Hazırda “Səssiz Dünya” İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyi Azərbaycan Film Akademiyası ilə əməkdaşlıq edərək, eşitmə məhdudiyyəti olan şəxslərlə birgə film çəkilişlərinə hazırlaşır.

www.yenicag.az

631
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv