Mal ətinin qiyməti yenidən bahalaşıb. Hazırda mal ətinin kilosu 14-16 manat arasında təklif olunur.
Yenicag.az xəbər verir ki, satıcılar “Xəzər Xəbər”ə deyib ki, bir həftə ərzində qiymətdə 50 qəpik – 1 manat bahalaşma olub.
Satıcılar həmçinin bildirir ki, heyvanı baha aldıqlarına görə baha qiymətə də satırlar.
Bahalaşma mal içalatında da özünü göstərir.
O da bildirildi ki, bir həftə ərzində mal ətinin qiymətində bahalşma olsa da, qiymət artımı hələ ki, qoyun ətinə təsir etməyib.
Ətraflı videomaterialı təqdim edirik: