Azərbaycanda etilen və polietilen istehsalı kəskin artdı – CƏDVƏL

Bu ilin yanvar-may aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 847,4mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən Yenicag.az-a verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə rezin və plastik kütlə məmulatlarının istehsalı 16,5%, kimya sənayesi məhsullarının istehsalı 8,9% artıb, əczaçılıq məhsullarının istehsalı isə 16,4% azalıb.

 

Məlumata görə, hesabat dövründə kimya sənayesi məhsullarından etilen istehsalı 69,9%, polietilen istehsalı 66,7%, propen (propilen) istehsalı 58,1%, rezin və plastik kütlə məmulatlarından plastmas butulkalar, flakonlar və oxşar məmulatların istehsalı 2,5 dəfə, sərt plastmasdan borular, borucuqlar, qolçaqlar və şlanqların istehsalı 41,7%, plastmas çubuqlar, millər və profillərin istehsalı isə 21,6% artıb.

Azərbaycanda əsas kimya məhsullarının istehsalı dinamikası:

 

 

Məhsul növləri

2023-cü ilin yanvar-may aylarında istehsal edilmişdir Əvvəlki ilin müvafiq dövrünə

nisbətən, faizlə

01.06.2023-cü

il vəziyyətinə hazır məhsul ehtiyatı

Kimya sənayesi məhsulları
Təsirsiz qazlar, min kub metr 21256,4 145,8 35,4
ondan:
azot, min kub metr 9977,3 106,4 31,0
Lak-boya məmulatları, ton 12851,1 117,9 161,8
Qeyri-üzvi kimyəvi maddələr, min ton  

13520,0

 

140,7

 

5750,0

ondan:
yod, ton 82,5 127,7 34,3
Üzvi kimyəvi maddələr, min ton 388,9 105,7 34,6
ondan:
etilen, min ton 76,1 169,9 0,8
propen (propilen), min ton 67,2 158,1 0,8
metanol (metil spirti), min ton 170,3 74,0 24,6
Etil spirti, min dkl 13,1 100,8 37,9
Gübrə və azot birləşmələri, min ton  

151,5

 

62,0

 

41,8

ondan:
karbamid, min ton 151,5 62,1 41,6
İlkin formada plastik kütlə, min ton  

142,0

 

169,0

 

31,6

ondan:
polietilen, min ton 75,2 166,7 14,1
Yapışqan və yapışdırıcı maddələr, min ton  

40,3

COP29