Azərbaycanda evdə yanğın – Azyaşlı xəsarət aldı

Samux rayonunda üçotaqlı evdə yanğın baş verib.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Seyidlər kəndində baş verib. İlkin məlumata görə, evin 60 kvadratmetri yanıb.

Baş verən hadisə zamanı 2019-cu il təvəllüdlü B.Məmmədov xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və hüquq-mühafizə əməkdaşları ərazidədir.