“Azərbaycanda evlənənlərin 40 faizi boşanır” – Deputat

“Azərbaycanda evlənənlərin 40 faizi boşanır. Bu gün bütün dünya ölkələrində boşanmalar getdikcə artır. Təbii ki, Avropa ölkələri ilə Azərbaycanı müqayisə etmək olmaz. Orada qanuni nikahdan daha çox vətəndaş nikahlarıdır”.

Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı deputat Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, bir sıra ölkələr bunun qarşısını qismən ala biliblər: “Bu da həmin ölkələrdə fəaliyyət göstərən ailə məhkəmələridir. Məhkəmələrdə boşanmalarla bağlı məsələyə tələsik baxırlar. Qardaş Türkiyədə 2013-cü ildən Ailə Məhkəmələri fəaliyyət göstərir. Hansı ölkələrdə ki, bu məhkəmələr fəaliyyət göstərir, orada həm məişət zorakılığının, həm də boşanmaların qarşısını qismən ala biliblər. Boşanmaların əksəriyyətinin səbəbi ailədə baş verən davamlı məişət zorakılığıdır. Gələcəkdə boşanmalarla bağlı dinləmələrin keçirilməsi yaxşı olardı”.

COP29