Azərbaycanda eyni şəxsə məxsus 5 şirkət ləğv olundu

Azərbaycanda eyni hüquqi ünvanda dövlət qeydiyyatına almış “A-Qloriya”, “Femida-FF”, “Noviqati S”, “Azpekt-AM” və “Dizayn-LTƏ” MMC-lər ləğv olunduğunu elan edib.

Yenicag.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Sumqayıt şəhəri, 9 mikrorayon, ev 52A, mənzil 19 ünvanına bildirə bilərlər.