Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalov istefa verib.
Yenicag.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədəki hesabından paylaşım edib:
“Əziz dostlar, Azərbaycan Alpaqut Federasiyasının prezidenti postundan istefa verdim. Mənə əziz və doğma olan Alpaqut kollektivi ilə işləmək mənə olduqca xoş idi. İndiyə qədər yanımda olub mənə dəstək olduğunuz üçün hər birinizə minnətdaram. Yaxın zamanda mətbuata açıqlama verəcəyəm”.