sessiz22007-ci ildən FETO-nun Azərbaycandaki qolunu deşifrə etməyə çalışan Yenicag.az saytının baş redaktoru, araşdırmaçı jurnalist Aqil Ələsgər Türkiyə mətbuatına şok açıqlama verib.

A24.Az xəbər verir ki, A.Ələsgər Türkiyənin “Yeni Akit” qəzetinə verdiyi müsahibəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla prezident İlham Əliyevin eyni taleyi paylaşdığını qeyd edib.

“FETO ilə mübarizədə Ərdoğan da tək idi. FETO hücrələri 15 iyuldan sonra şəxsən İlham Əliyevin təlimatı ilə Azərbaycanda başladılan FETO araşdırmalarındə diqqəti başqa yönə çəkmək və təxribat etmək üçün əllərindən gələn hər şeyi edirlər. Türkiyə Azərbaycana bu mövzuda dəstək olmalıdır. Hazırda Azərbaycanda FETO ilə mübarizə aparılırsa bu, İlham Əliyev şəxsi iradəsi ilə həyata keçirilir. Enerji, təhsil və digər sektorlardakı bürokratlar FETO ilə mübarizənin dayandırılması üçün əllərindən gələni edirlər. Əgər onlar 15 iyulda uğur qazana bilsəydilər, bizi asacaqdılar. Azərbaycanda güclü iqtisadi gücə malik olan FETO bununla bəzi bürokratlara da təsir edir”.

14438783_10209230138543275_1746227096_oTürkiyədə FETO-nun 15 iyulda uğurlu olacağı təqdirdə növbəti hədəfin Azərbaycan olacağını deyən Aqil Ələsgər,  Azərbaycandakı FETO araşdırmasını aparan qurumlara bəzi fətullahçıların qəsdən FETO-çu olmayan adamların adlarını ötürdüklərini bildirib.

“Onlar dövlətin üst səviyyədəki adamlarının adlarını gizlətmək üçün belə bir addım atırlar. Deşifrə olmuş bəzı adamlarını “qurban verərək” əsas adamlarını qorumaq istəyirlər”.

Azərbaycanda tarix boyunca heç vaxt, heç kimə açılmayan 2.5 milyon dollarlıq təzminat davasının FETO barəsində yazdığı kitaba görə ona açıldığını deyən araşdırmaçı məhkəmənin bu günə qədər davam etdiyini bildirib.

“Yeni çıxan kitabıma görə də yeni təzminat davalarının açılacağını gözləyirəm. İslama qarşı olduqları üçün onlara qarşı çıxmışam. Azərbaycandakı FETO-ya qarşı mübarizəni Allah rızası üçün başlamışam. Azərbaycanda hər kəs Fətullah Gülən şəriət gətirəcək deyirdi. Ancaq mən bunların İslamı dəyişdirdiklərini, “mülayim islam” layihəsi ilə islama qarşı olduqlarını deyirdim və bu səbəbdən də illərdir onlara qarşı mübarizə aparıram”.

Müsahibənin tamamını BURADAN oxuya bilərsiniz.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 15
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."