Azərbaycanda “Formula” yarışlarına görə vergi güzəştlərinin müddəti uzadılıb

Bu ildən Azərbaycanda keçirilən “Formula 1” və “Formula 2” yarışları ilə bağlı mal, iş və xidmətlərə görə vergi güzəştlərinin müddəti daha 3 il uzadılır.

Yenicag.az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilib.

Bununla da, “Formula 1” və “Formula 2” yarışları ilə bağlı müvafiq qurum ilə bağlanılmış müqavilə əsasında mal, iş və xidmətin təqdim edilməsinə görə vegi güzəştlərinin müddəti 2027-ci il yanvarın 1-nə kimi qüvvədə olacaq.

“Azərbaycan Respublikasında keçirilən “Formula 1” və “Formula 2″ yarışlarına aid qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan ilə bağlanılmış müqavilə əsasında onun tərəfindən qeyri-rezident hüquqi şəxsə ödənilən royalti gəlirləri – 2018-ci il yanvarın 1-dən 9 il müddətinə vergidən azad olacaq”, – məcəllədə deyilir.

Bu güzəşt müddəti 2018-ci il yanvarın 1-dən 6 il nəzərdə tutulmuşdur.

COP29