Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Azərbaycanda futbol klubu fəaliyyətini dayandırdı

Reklam: Sinerji Pro

Uzun illərdən bəri Bakı şəhərinin Şüvəlan qəsəbəsini təmsil edən “Şüvəlan” Futbol Klubu bir çox futbol turnirlərində ölkəmizi təmsil edərək müxtəlif mükafatlar uğrunda apardığı mübarizə və qazandığı nailiyyətləri ilə Azərbaycan futboluna öz töhfəsini verib, habelə bir sıra yeniyetmə və peşəkar gənc futbolçuların yetişdirilməsində böyük əməyi olub.

Yenicag.az-ın məlumatına görə, son zamanlar premyer liqa komandaları arasında rəqabətin güclənməsi, o cümlədən “Şüvəlan” Futbol Klubunda səmərəli idarəetmənin həyata keçirilməsi kluba əlavə maliyyə mənbəyinin cəlb edilməsi zərurətini ortaya çıxarıb. Bu tələbləri nəzərə alaraq, “Silk Way Holding” ilə klub rəhbərliyi tərəfindən məsləhətləşmələr aparılıb və Bakıətrafı qəsəbələr üzrə daha güclü, peşəkar və rəqabətqabiliyyətli klub ilə təmsil olunmaq məqsədi ilə qısa vaxt ərzində böyük nailiyyətlərə imza atan “Zirə” Futbol Klubuna dəstək olunması qərara alınıb.

Qeyd edək ki, Şüvəlan qəsəbəsində inşa edilmiş təlim-məşq bazası müasir infrastruktur və geniş potensiala malikdir. Bu baxımdan “Şüvəlan” Futbol Klubu mövcud maddi-texniki təminat və infrastrukturla “Zirə” Futbol Klubuna dəstək olacaq.

“İnanırıq ki, bu dəstək nəticəsində “Zirə” Futbol Klubu yaxın dövr ərzində daha yüksək nailiyyətlər əldə edərək, Azərbaycanda futbolun inkişafı naminə və azarkeşlərin etimadını doğrultmaq üçün əlindən gələni əsirgəməyəcək”, – məlumatda deyilir.

Eyni zamanda “Zirə” Futbol Klubuna sponsorluğunu davam etdirəcəyini bəyan edən “Silk Way” şirkəti bundan sonra da, Azərbaycanda futbolun inkişafı naminə ölkəmizin beynəlxalq turnirlərdə layiqli təmsil olunması üçün maddi-texniki təminat və infrastruktur dəstəyinin əsirgənəyəcəyini bildirib.

www.yenicag.az

4842
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM