!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycanda futbolçular nə qədər qazanır? - SİYAHI/FOTO

!Reklam – Yazi

Azərbaycan Premyer Liqasında futbolçuların orta illik əmək haqqının məbləği açıqlanıb.

Yenicag.az xəbər verir ki, Globalsportssalaries.com saytında futbolçulara ən çox maaş verilən 68 ölkənin statistikası açıqlanıb. Elita klubları 2018-ci ildə oyunçulara orta hesabla 52 min 638 avro ödəyib.

Siyahıyda ilk sırada İngiltərə Premyer Liqası gəlir. Burda futbolçular 3,47 milyon avro (3 935 197 dollar) qazanır. İspaniya La Liqası 2,55 milyon avro ilə ikinci, İtaliya A seriyası isə 1,76 milyon avro ilə üçüncü sıradadır. Sonrakı sıralarda Almaniya (1,61 milyon avro), Fransa(1,15 milyon avro) və Çin(54 min 137 avro) çempionatları gəlir.

VII yerdə olan Rusiya Premyer Liqasında futbolçuların ortalama illik əməkhaqqı 877 071 dollar (774 min avro) təşkil edir. Sonrakı yerdə gələn Türkiyə Super Liqasında bu göstərici 864 053 dollar (763 min avro)dur.

Ukrayna (191 min 238 avro) və Qazaxıstandan (146 min 520 avro) geri qalır. Bu iki ölkə müvafiq olaraq, 22 və 25-ci pillələrdədirlər.

Azərbaycan isə bu göstəricidə 40-cı yerdə qərarlaşıb. Belə ki, Azərbaycan Premyer Liqasında futbolçuların orta illik maaşı 61 293 dollardır (52 638 avro). Azərbaycan MDB ölkələri arasında isə IV sıradadır. Yalnız Rusiya, Ukrayna və Qazaxıstan Premyer Liqalarında Azərbaycandan çox maaş verirlər.

Belarus 31 min 589 avro ilə 44-cü, Gürcüstan 13 min 403 avro (15 607 dollar) ilə 50-ci, Ermənistan isə 2 min 619 avro (3050 dollar) ilə 67-ci yerdə qərarlaşıb. Sonuncu pillədə isə 2 min 528 avro (2943 dollar) göstərici ilə San Mariondur.

 

www.yenicag.az

5581
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv