Qax rayonunda qoz ağacından yıxılan 21 yaşlı gənc aldığı xəsarətlərdən ölüb.
Yenicag.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Güllük kəndi ərazisində baş verib.
Kənd sakini, 1997-ci il təvəllüdlü Elşad Ələkbər oğlu Mirzəyev ağacdan yıxılaraq ağır xəsarət alıb. Yaxınlarının köməkliyi ilə xəstəxanaya aparılan E.Mirzəyev yolda ölüb.
Faktla bağlı araşdırma aparılır./Report/