Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Azərbaycanda gənclər niyə gec evlənir? – AÇIQLAMA/VİDEO

Azərbaycanda ailə quran gənclərin yaş həddi 27-30-a qədər yüksəlib.

Yenicag.az-ın məlumatına görə, ekspertlər evlilik yaşının artmasını gələcəkdə demoqrafik baxımdan ölkə əhalisinin sayında da təsir edəcəyini bildirir.

Psixoloq Vəfa Əkbər mövzu ilə əlaqədar “Günə Doğru” verilişində bildirib: “Bu yaş həddi bizim cəmiyyət üçün gec hesab olunur, amma, inkişaf etmiş ölkələrdə bu normal yaş həddidir. İnsanlar xoşbəxt olmağa can atırlar. Bundan da irəli gəlir ki, bir az gec evlənirlər”.

“Sağlam ailə olduqda, xəyanət olmayanda, sağlam təfəkkürlü şəxsiyyət yetişdirdikdə, o ailə üçün vacib deyil ki 4-5 uşağı olsun. Onlar bunu düşünməlidirlər. Bunu düşünən insan varsa gec evlənir. Düşünməyənlər isə tez-tələsik, hətta cəmiyyətin düşüncəsini ön plana çəkib evlənirlər”, – psixoloq qeyd edib.

Sosioloq Cavid İmamoğlu mövzuya bir qədər fərqli yanaşıb: “İş elanlarında bakalavr, bəzən magistr təhsili istəyirlər. 26-27 yaşına qədər gəlib çıxır, hələ oğlanlar üçün 1 il də əsgərlik. Oğlanlar peşə sahəsində müvəffəq olsaydılar onlar tez evlənərdilər. Təəssüflər olsun ki, bizdə bu sahə ilə bağlı problemlər var. Hər qadına görə 2 uşaq nəzərdə tutulur, amma evlilik yaşı yuxarı qalxdıqca bu rəqəm də artıq sual altına düşür”.

“Evlilik yaşı 29-a qalxmamalıdır, iqtisadi vəziyyətdən, işsizlikdən asılı olmamalıdır. Hər bir kəs sevdiyi şəxslə, istənilən yaşda ailə qura biləcək təfəkkürə sahibdir. Ailə planlaşdırılmalıdır”, – sosioloq bildirib.

www.yenicag.az

3243