!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda gənclərin yaşı dəyişdirilir

!Reklam – Yazi

06_Serap_Ocak_Fuad_Muradov_031475042538“Referendum nəticəsində gənclərin seçkilərdə iştirakına görə yaş senzlərinin dəyişməsi gənclər haqqında qanunvericilikdə də dəyişiklərə səbəb olacaq”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib.

Deputat bildirib ki, referendum dəyişiklərilə bağlı gənclər yaşı da dəyişəcək.

Fuad Muradov bu il “Gənclər siyasəti haqqında” qanuna ciddi dəyişiklərin olacağını söyləyib:

“Artıq qanunvericilikdə gənclər yaşı ilə bağlı məsələlər dəyişilməlidir. “Gənclər siyasəti haqqında” qanuna da bu il köklü dəyişiklər ediləcək.
Bu, zamanın tələbidir. Qanuna dəyişiklik böyük bir paketi əhatə edəcək. Bu dəyişiklər Milli Məclisin payız sessiyasında öz həlini tapacaq”.

Qeyd edək ki, hazırda “Gənclər siyasəti haqqında” qanuna görə, Azərbaycanda 18-29 yaşlı vətəndaşlar gənclər sayılır.

www.yenicag.az

667
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv