Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Azərbaycanda gender bərabərliyi nə dərəcədə qorunur? - VİDEOSORĞU

Dövrün müasir tələblərinin çox sürətlə inkişaf etdiyi və dünya cəmiyyətlərinin bu tələblərə ayaq uydurmağa çalışdığı bir zamanda bir çox inkişaf etmiş dövlətlərdə öz həllini tapmış və tam təmin olunmuş sosial cinslərin bərabərliyi məsələsi ölkəmizdə hələ də öz aktuallığını qorumaqdadır.

Yenicag.az olaraq şəhər sakinləri arasında sosial cinslərin bərabərliyinin nə demək olduğu, onların qarşılaşdıqları mənfi hallar və cinslərin hüquqlarının hansı hallarda daha çox pozulması kimi məsələlərə cavab tapmaq üçün sorğu keçirdik.

Onu da qeyd edək ki, sorğuda iştirak etmək istəyən xanımların əksəriyyəti mövzunun gender və gender bərabərliyi olduğunu öyrəndikdən sonra mikrafona danışmaqdan imtina etdi. Bu isə öz növbəsində ailədaxili qadın hüququnun tam təmin olunmadığını və həll olunması üçün də yetərli addımların atılmadığının göstəricisidir.

Aqil Bəkir
Səməngül Əvəzli

www.yenicag.az

6344