Azərbaycanda güclü zəlzələlər baş verəcək? – “Çox təəssüf ki…”

“Azərbaycanda təhlükəli zəlzələ gözlənilmir. Həmçinin 12 noyabr 2023-cü ildə saat 21:30-da öz Teleqram kanalımda Türkiyədə yeni zəlzələlər olacağını xəbər vermişdim”.

Yenicag.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a Rusiyada yaşayan azərbaycanlı klinik psixoloq, ekstrasens Zirəddin Rzayev deyib.

Onun sözlərinə görə, Türkiyədə yenidən güclü zəlzələ baş verə bilər:

“Çox təəssüf ki, zəlzələ təhlükəsi Türkiyə və qonşuları üçün hələ də öz aktuallığını saxlayır”.

Ekstrasens Azərbaycanda yaranacaq təhlükə haqda danışıb:

“Azərbaycanda dəhşətli zəlzələlər olmayacaq. Lakin 2024-cü ilin yaz və yay ayları seysmoloji baxımdan Azərbaycan üçün çox aktiv görünür”.

Qeyd edək ki, Respublika Seysmoloji Xidmət Mərkəzi də Azərbaycanda güclü zəlzələ olmayacağını açıqlayıb.