!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycanda hakimiyyət dəyişsə də, İranda dəvə kini var...” – ŞƏRH

!Reklam – Yazi

“Hesab edirəm ki, indiki gərginlik bundan o yana getməyəcək”.

Bu fikirləri İranın Azərbaycana qarşı aqressiv davranışlarının səbəbini və bu vəziyyətin daha nə qədər davam edə biləcəyini dəyərləndirən Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deyib.

Onun sözlərinə görə, İranın bu hərəkətlərindən qaynaqlanan gərginlik hərbi toqquşmaya qədər inkişaf etməyəcək:

“O zaman Xalq Cəbhəsi hakimiyyətə gələndə İrana düşmən mövqe sərgiləmişdi. İranda dəvə kini var. Həmin vaxtdan hakimiyyət də dəyişib, hakimiyyətdə artıq başqa adamlardır. Buna baxmayaraq, İranda Azərbaycana qarşı mənfi münasibət qalıb.

Amma hesab edirəm ki, indiki gərginlik bundan o yana getməyəcək. Yəni atışma olmayacaq, müharibə baş verməyəcək, heç nə olmayacaq. İran sadəcə, “xox” gəlməyə çalışır”.

A.Zeynalov

www.yenicag.az

519
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv