Azərbaycanda hakimlərin əməkhaqqına yenidən baxılması təklif olunur.
Yenicag.az xəbər verir ki, bu təkliflə Dövlət Vergi Xidmətinin Hüquq Baş İdarəsinin rəis müavini Ramiz Qasımzadə “Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Mübahisələrin həlli Indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2024-cü iI üzrə Yol Xəritəsi” layihəsinin müzakirəsi ilə bağlı keçirilən iclasda çıxış edib.
İşçi qrupunun üzvləri tərəfindən sözügedən yol xəritəsində hakimlərin əməkhaqlarının artırılmasının diqqətdə saxlanması təklif edilib.
Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi İşçi qrupunun rəhbəri Toğrul Hüseynov isə bu məsələnin müzakirə mövzusu olduğunu bildirib.
O qeyd edib ki, yol xəritəsinin layihəsinin müzakirəsi davam edir: “Düşünürəm ki, tam hazır sənəddə bu məsələ də diqqətə alınacaq”./report