Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Azərbaycanda hansı avtomobillər daha çox alınır?

Azərbaycanda dəyəri 100 min manatdan baha olan avtomobillərə tələb bazarda ümumi tələbin təqribən 15 faizi həcmindədir.

Yenicag.az xəbər verir ki, bunu Trend-ə Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.

R.Osmanlı qeyd edib ki, Azərbaycanda maşın bazarında dəyəri kifayət qədər baha olan, hətta bir milyon manata qədər olan avtomobillər satılır, ancaq bunlar kütləvi deyil, çox az saydadır və xüsusi sifarişlə gətirilir.

Ekspertin sözlərinə görə, Azərbaycanda avtomobil bazarında əsas tələbat qiyməti təqribən 8-15 min manat arasında olan avtomobillərədir.

O qeyd edib ki, qiyməti 40 min manatdan baha avtomobillərə tələb bir qədər aşağı səviyyədədir.

R.Osmanlı bildirib ki, bu amil Azərbaycana nəqliyyat vasitələrinin idxalında özünü göstərir: “Əgər rəsmi nümayəndəliklər il ərzində 40 avtomobil idxal edirsə, onun 35-i orta və ortadan aşağı qiymət kateqoriyasına aid olan avtomobillərdir. Yalnız 5-i orta qiymətdən yuxarı olanlardır”.

www.yenicag.az

1074
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS