“Azərbaycanda hansısa sahədə durğunluq olacağına inanmıram” – Deputat

“Azərbaycanda həm siyasi, həm də iqtisadi müstəvidə hər zaman müxtəlif qanun layihələri və təşəbbüsləri həyata keçirilir”

Bunu Yeniçağ.az-a ölkədə siyasi prosesdə olan canlanma ilə bağlı danışarkən millət vəkili Fuad Muradov söyləyib.

Millət vəkili qeyd edib ki, Milli Məclis olaraq da son dövr ərzində prezidentin islahatlarının həyata keçirilməsi istiqamətində müxtəlif səpkidə qanunlar qəbul edilib:

“Bu proseslər davam etdirilir. İnanmıram ki, ölkədə hansısa səhədə durğunluq olsun. İstər siyasi, istərsə də iqtisadi istiqamətdə çox ciddi işlər aparılır. Bizim bir məqsədimiz var. O məqsəd də ərazi bütövlüyümüzü bərpa etməkdir. Bu istiqamətdə beynəlxalq təşkilatlar və yerli səviyyədə danışıqlar aparılır, Ali Baş Komandanın mövqeyi də var. Biz də beynəlxalq təşkilatlarla fəaliyyət göstərərək intensiv danışıqlar aparırıq. Bizim Azərbaycan Silahlı Qüvvələri hər zaman hazır vəziyyətdə və yüksək əhval-ruhiyyədədirlər. Nə zamansa ermənilərin təxribatı baş verərsə, dərhal da cavabını almış olacaq”.

Gülnarə Eynullaqızı
Yeniçağ.az