!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda hava limanlarında avtomatik valyuta dəyişmə terminalı quraşdırılacaq

!Reklam – Yazi

dollar“Bank Silk Way” ticarət və xidmət müəssisələrində avtomatik valyuta dəyişmə terminalları quraşdıracaq.

Bankdan verilən məlumata görə, artıq I terminal bankın baş ofisində quraşdırılıb və istifadəyə verilib.

“Növbəti terminallar Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində, regionlarımızda yerləşən hava limanlarında, bankın bütün filiallarında və digər strateji nöqtələrdə yerləşdiriləcək”, – deyə məlumatda qeyd edilir.

Bu terminal vasitəsilə müəssisənin müştəriləri və ziyarətçiləri manat, dollar və avro üzrə valyuta dəyişmə əməliyyatlarını rahat həyata keçirə biləcəklər.

Avtomatik valyuta dəyişmə terminalının üstünlükləri:

– Günün istənilən vaxtı (24/7 rejimində) və ya müəssisənin iş saatları ərzində terminal vasitəsilə avtomatik valyuta dəyişmə imkanının təqdim edilməsi;

– Vaxt qənaəti, müştəri məmnunluğu və satışların artması.

Terminal vasitəsilə valyuta dəyişməsi “Bank Silk Way”in gündəlik yenilənən valyuta məzənnələrinə əsasən həyata keçirilir və terminal vasitəsilə valyuta dəyişdirən müştəridən komissiya tutulmur.(APA)

www.yenicag.az

689
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv