Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanda həftə sonu hərəkət və iş rejimləri məhdudlaşdırıla bilər - RƏSMİ

Son günlər ölkədə koronavirusa yoluxmanın dərəcəsi artır. Ona görə də karantin rejiminin yenidən sərtləşdirilməsi məsələsi müzakirə edilir.

Yenicag.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, yoluxma ilə sağalma arasında fərq böyükdür. Bu, yeni bir situasiya yaradıb. Əsas səbəb karantin qaydalarına əməl edilməməsidir. Bu barədə Koronavirusinfo.az saytına vətəndaşlar tərəfindən şəkillər göndərilir:

“Buna görə də karantin qaydalarının yumşaldılmasının dayandırılması və karantin qaydalarının yenidən sərtləşdirilməsi məsələsi müzakirə edilir. Aidiyyəti qurumlar qərargaha müraciət ediblər.

Cümə günü axşamdan bazar ertəsinə qədər hərəkət və iş rejimləri məhdudlaşdırıla bilər. Mağazalar da bağlana bilər. Bununla bağlı sabah Baş nazirin çıxışı olacaq və bundan sonra təfərrüatlar barədə məlumat veriləcək”.

www.yenicag.az

1446